Bank Of Baku

Yaponiya səfirliyinin nümayəndələri Zaqatala rayonunda olublar

Yaponiya səfirliyinin nümayəndələri Zaqatala rayonunda olublar
# 16 aprel 2010 19:29 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Yaponiyanın Azərbaycandakı səfirliyi «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı» çərçivəsində Zaqatalada bir sıra layihələr keçirməyi nəzərdə tutub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatalada Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələri ilə görüş keçirən Yaponiyanın Azərbaycandakı səfirliyinin qrant proqramları üzrə koordinatoru Yoşiko Ozavaya bildirib.

Yoşiko Ozavayanın sözlərinə görə, Yaponiyanın Azərbaycandakı səfirliyi qarşıdakı iki il ərzində «Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı» çərçivəsində rayonun Muğanlı və Faldar kəndlərində uşaq bağçalarının, Zəyəm və Muxax kəndlərində hər biri 12 sinif otağından ibarət məktəb korpusları, Kebeloba kəndində orta məktəb binasının, Göyəm kənd məktəbinin nəzdində isə idman zalının tikintisi nəzərdə tutub.

QHT-nin nümayəndələri ilə görüşdən sonra Y. Ozavaya səfirliyin hesabına rayonun Göyəm kəndində inşa edilmiş məktəb binasının və Faldar kəndindəki tibb məntəqəsi ilə tanış olub, onların saxlanma vəziyyəti ilə maraqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR