Bank Of Baku

Nyu-Cersi sakini lotereyada $212 milyona sahib olub

Nyu-Cersi sakini lotereyada $212 milyona sahib olub
# 18 aprel 2010 01:53 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Nyu-Cersi ştatının sakini Sandra Makneyl Powerball lotereyasında 211,7 milyon dollarlıq Cek-Pota sahib olub. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Morristoun şəhəri məktəb komitəsində məmur işləyən xanım Makneyl martın 13-də cəmi bir lotereya bileti alıb və bir ay sonra həmin biletin xoşbəxt bilet olduğu aşkar olub.

Lotereya təşkilatçıları bir qayda olaraq qaliblərə uduşu müxtəlif yollarla əldə etməyi təklif edirlər ki, buna müvafiq olaraq da, ödəniləcək məbləğin həcmi dəyişir.

Praktiklik nümayiş etdirən xanım Makneyl bütün pulları bir dəfəyə almağa qərar verib və buna görə də 211,7 milyon dollar məbləğdən vergilər və dövlət hesabına digər ödəmələr çıxıldıqdan sonra ona cəmi 101,6 milyon dollar çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR