Bank Of Baku

Şəmkirdə keçirilən ağacəkmə kampaniyasında 4 ölkənin Azərbaycandakı səfiri də iştirak edib

Şəmkirdə keçirilən ağacəkmə kampaniyasında 4 ölkənin Azərbaycandakı səfiri də iştirak edib
# 19 aprel 2010 08:12 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov - APA. Şəmkir rayonunda ağacəkmə kampaniyası keçirilib.
APA-nın qərb bürosunun məlumatına görə, kampaniyada rayon ictimaiyyəti ilə birgə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Yaponiyanın Azərbaycandakı səfiri Masimitsu Oki, Cənubi Koreyanın səfiri Li Ça Şa və Norveç səfiri Yon Ramberq də iştirak ediblər. Rayonun Sabirkənd ərazisində xeyli sayda şam ağacı əkilib. H. Kılıç bu günə kimi xeyli sayda ağac əkdiyini bildirərək, bu ilin Azərbaycanda “Ekologiya ili” elan olunmasının çox vacib məsələ olduğunu qeyd edib.

Ağacəkmə kampaniyasına qoşulan diplomatlar bu addımı dəstəklədiklərini və bu cür aksiyalara tez-tez qatılacaqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR