Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı aprelin 1-nə 4 333,7 min nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı aprelin 1-nə 4 333,7 min nəfərə çatıb
# 19 aprel 2010 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 333,7 min nəfər olub, onlardan 4 073,8 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-fevral aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 376,1 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 832,5 min nəfər, qeyri-dövlət bölməsində 480,3 min nəfər olmaqla orta siyahı sayı isə 1 312,8 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,3%-i məhsul istehsalı sahələrində çalışmış, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,7%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 4,4%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 26,2%-i təhsil, 20,2%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 10,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6%-i nəqliyyat və anbar təsərrüfatı, 4,1%-i dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,1%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,4%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,8%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Bununla yanaşı, 2010-cu il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 40,8 min nəfər olub, onların da 43,7%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub.

Qeyd edək ki, hesabat dövründə işsizliyə görə müavinətin orta məbləği 165,8 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR