Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək
# 19 aprel 2010 09:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Hava şəraitinin belə kəskin dəyişməsinə səbəb Rusiyadan gələn soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsidir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, aprelin 19-dan 20-nə keçən gecə bəzi şərq rayonlarında az yağış yağacağı gözlənilir. Sabah səhərdən başlayaraq yağıntıların tədricən kəsiləcəyi, mülayim şimal küləyinin əsəcəyi, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Aprelin 21-22 dəyişkən buludlu, yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Səhər saatlarında bir sıra rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında hava dumanlı olacaq, gündüz saatlarında cənub küləyi əsəcək, arabir küləyin sürəti 15 m/san-yə çatacaq.

U. Tağıyeva deyib ki, aprelin 22-də axşamdan başlayaraq hava şəraitinin yenidən dəyişməsi gözlənilir. Əvvəlki günlərdə olduğu kimi, əvvəlcə şimal küləyinin güclənəcəyi gözlənilir. Aprelin 23-də respublikanın rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında gecə və axşam saatlarında yağış yağacaq. Bəzi rayonlarda yağıntıların leysan xarakterli olacağı gözlənilir.

Aprelin 20-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı 2 gündə atmosfer təzyiqinin kəskin tərəddüdü, 22-də axşam isə hava şəraitinin dəyişməsi, cənub küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR