Bank Of Baku

Lənkəranda 25 borclu abonentin qaz təchizatı dayandırılıb

Lənkəranda 25 borclu abonentin qaz təchizatı dayandırılıb
# 19 aprel 2010 10:52 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İstifadə etdikləri təbii qaza görə ödəniş haqqını verməkdən imtina etdikləri üçün Lənkəranda 25 borclu abonentin qaz təchizatı dayandırılıb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən “Azqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Lənkəran filialının rəisi Cəmil İsayevin sözlərinə görə, mart ayında qeyri-əhali sektorunda ödəniş 134 faiz təşkil etdiyi halda, əhali sektorunda bu, cəmi 90,28 faiz olub.

Əhalidən qazdan istifadəyə görə ödənişləri qaydaya salmaqdan ötrü inzibati cəza tədbirləri tətbiq edən filial işçiləri reydlər keçirməklə borclu abonentlərə qaz verilişini dayandırmağa başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR