Bank Of Baku

Bakı şəhəri üzrə Təhsil İdarəsi milli mətbuatın yaranmasının 135 illiyi münasibətilə tədbirlər keçirəcək

Bakı şəhəri üzrə Təhsil İdarəsi milli mətbuatın yaranmasının 135 illiyi münasibətilə tədbirlər keçirəcək
# 19 aprel 2010 11:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) milli mətbuatın yaranmasının 135 illiyi münasibətilə silsilə tədbirlərə start verir. İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, yaxın günlərdə Təhsil Nazirliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV və təhsil müəssisələrinin qarşılıqlı münasibətlərinə həsr olunmuş dəyirmi masa keçiriləcək. O deyib ki, təhsil naziri Misir Mərdanovun və bir sıra məktəb direktorlarının da qatılacağı dəyirmi masada media orqanları ilə müəyyən razılaşmanın əldə olunacağı gözlənilir: “KİV şər, böhtan xarakterli məlumatlar yaymağa çalışmamalıdır. Xüsusən də müəllimi nüfuzdan salan materialları verməyə meyl etməməlidir. Dəyirmi masanın digər müzakirə mövzularından biri isə reket jurnalistikaya qarşı mübarizə olacaq”.

Z. Əliqızının sözlərinə görə, Təhsil İdarəsinin növbəti qonağı Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli olacaq. MTRŞ sədri ilə görüşə orta məktəb şagirdləri və telekanal rəhbərləri də qatılacaq. Əsas müzakirə mövzusu hazırda telekanallarda yayımlanan şou verilişlərinin gənc nəslin tərbiyəsinə mənfi təsiridir.

Yubiley münasibətilə təhsildən yazan jurnalistlər arasında müsabiqə də elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR