Bank Of Baku

TQDK magistraturalara sənəd qəbulunun vaxtını uzadıb

TQDK magistraturalara sənəd qəbulunun vaxtını uzadıb
# 19 aprel 2010 14:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulunun vaxtını uzadıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurum bu addımı sənədlərini nəzərdə tutulmuş vaxtadək təqdim edə bilməyən bakalavrlara kömək məqsədilə atıb. Bakalavrların ərizələrinin qəbulu aprelin 20-si saat 17-00-dək uzadılıb.

Qeyd edək ki, magistraturaya sənəd qəbulu aprelin 12-də başlayıb və aprelin 19-da saat 17.00-da başa çatmalı idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR