Bank Of Baku

Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illiyi qeyd olunub

Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illiyi qeyd olunub
# 23 aprel 2010 13:09 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu - APA. Beyləqan rayonu ərazisində yerləşən Yeni Xocavənd köçkün qəsəbəsində Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illiyi münasibətilə yubiley tədbiri keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, mərasimdə Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Beyləqan, Laçın, Füzuli və Xocavənd rayon icra hakimiyyətlərinin başçıları da iştirak ediblər. Əli Həsənov Tuğ məktəbinin iki müəlliminin fəxri adla təltif olunmasını, bu təhsil ocağının 125 illiyinin keçirilməsinə dair prezident İlham Əliyevin sərəncam imzalamasının mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Ə. Həsənov Tuğ kənd orta məktəbinin yubileyinin təntənəli şəkildə keçirilməsinə göstərdiyi diqqətə görə, prezident İlham Əliyevə Xocavənd əhalisi, Tuğ kənd sakinləri adından təşəkkür edib.

Qeyd edək ki, Tuğ kənd orta məktəbinin yaradılması 19-cu əsrin 80-ci illərinə təsadüf edir. Məktəbin əsası görkəmli Azərbaycan ziyalısı Mir Mehdi Mir Haşım oğlu Xəzani (1811-1893) tərəfindən qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR