Bank Of Baku

“Azərbaycanda müəlliflik hüququ qorunurmu?” mövzusunda debat keçirilib

“Azərbaycanda müəlliflik hüququ qorunurmu?” mövzusunda debat keçirilib
# 23 aprel 2010 13:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Media Mərkəzində 23 aprel - Dünya Kitab və Əqli Mülkiyyət Günü ilə bağlı “Azərbaycanda müəlliflik hüququ qorunurmu?” mövzusunda debat keçirilib. APA-nın məlumatına görə, debatda Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənli və “Azərbaycanın müəllifləri” İctimai Birliyinin sədr müavini İsmayıl Əhməd çıxış ediblər.

X. Həsənli bildirib ki, Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı ciddi işlər görülüb, zəngin qanunvericilik bazası yaradılıb, ölkə Dünya Əqli Mülkiyyət Təşkilatına üzv olub: “Bununla belə, ciddi problemlər də qalmaqdadır. Ölkədə kitab nəşri sahəsində piratçılıq 45-50 faiz arasında təşkil edir. Audiovizual məhsullar, internet məhsulları sahəsində də piratçılığın səviyyəsi yüksəkdir. Bütövlükdə tərkibində əqli mülkiyyət olan malların qanuni istifadəsi araşdırılmalıdır”.

İ. Əhməd isə hələ də Azərbaycanda müəlliflik hüququnun pozulması hallarının baş alıb getdiyini deyib: “Müəlliflər özlərinin hüquqlarını bilmirlər. Müəllif əsərlərindən istifadə edən istifadəçi təşkilatlar isə elə bilirlər ki, əgər bu əsər haradasa çap olunubsa, ondan rahatlıqla istifadə edə bilərlər. Şadlıq evlərində səhərdən axşama qədər müxtəlif müəlliflərə məxsus musiqilər səslənir, lakin buna görə bir qəpik də pul ödənilmir. Radio və televiziyalar özləri qonorar ödəyiciləri hesab olunur, lakin pul ödəmək istəmirlər. Buna görə də müəlliflik hüququ ilə bağlı məsələlərin üstündən sükutla keçirlər. ANS ÇM radiosu bizimlə belə bir müqavilə bağlayıb. İTV bizimlə müqavilə bağlasa da, o qədər az qonorar ödəyir ki, onu müəlliflər arasında bölmək belə olmur. “Spase” və ATV kanalları ilə dəfələrlə məhkəmə çəkişməmiz olub. Ümumiyyətlə, hazırda 100-dək iş var ki, məhkəmələrdə baxılmamış durur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR