Bank Of Baku

“Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı” mövzusunda konfrans keçirilib

“Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı” mövzusunda konfrans keçirilib
# 23 aprel 2010 13:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Müəllif Hüquqları Agentliyi (MHA) 23 aprel – Ümumdünya Kitab və Müəllif Gününə həsr olunmuş “Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi : erməni plagiatçılığı” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, Azərbaycan Avropa məkanında folklor nümunələrini xüsusi qanunla hüquqi qorunmasını təmin edən ilk və yeganə ölkədir. Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyatının həyata keçirildiyi ilk ölkələrdən də biridir.

K. İmanovun sözlərinə görə, agentliyin təklifləri əsasında müəlliflik hüququ və folklorunun qorunması ilə bağlı qanunvericilik aktlarında zəruri dəyişikliklər aparılıb. Folklor nümunələrindən ibarət xüsusi qorunan rəqəmli multimedia kitabxanası yaradılıb və burada artıq 300-ə yaxın yalnız musiqi janrı üzrə folklor nümunələri yerləşdirilib. Ümumilikdə agentlikdə qeydiyyatdan keçirilmiş 8 minə yaxın əsərin elektron məlumat bazası yaradılıb. MHA sədri deyib ki, ötən il agentlik tərəfindən “Erməni yadelli nağılları” əsəri ingilis, rus və rumın dillərində çapdan buraxılıb. Agentliyin bu yaxınlarda buraxdığı “Gəldim, gördüm, mənimsədim” kitabçasında da Azərbaycan folklorunun ermənilər tərəfindən mənimsənilməsi barədə erməni etirafları toplanıb. Azərbaycan folklor nümunələrinin 200 ildən bəri ermənilər tərəfindən mənimsənilməsi faktları barədə dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, YUNESCO və digər beynəlxalq təşkilatlara məlumatlar göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR