Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş iclas keçirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş iclas keçirilib
# 23 aprel 2010 15:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Ramiz Həsənov dövlət başçısının iclasda qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətli həllinin vacibliyini söyləyib.

İclasda Komitənin Aparat rəhbəri Arif Əşrəfov, Daxili nəzarət şöbəsinin müdiri Elman Vəliyev, Qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri İbrahim Babayev, Ərazi idarələri ilə iş şöbəsinin müdiri Elçin Quliyev, 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi Murad Quliyev və digər ərazi idarələrinin rəisləri çıxış edib.

Sonda çıxış edən R.Həsənov aprelin 14-də keçirilmiş iclasda dövlət başçısının verdiyi göstərişlərin təcili həlli üçün struktur bölmə rəhbərlərinə, ərazi idarələrinin rəislərinə tapşırıqlarını verib: “Dövlət başçısı müşavirədə keyfiyyətsiz malların satılmasına ciddi qadağanın qoyulmasını, nəzarətin gücləndirilməsini, keyfiyyətsiz idxal mallarına qarşı tədbirlərin görülməsini, yerlərdə saxta, primitiv üsullarla hazırlanan qida məhsullarını istehsal edənlərə qarşı kəskin mübarizə aparmağı qarşımıza məqsəd qoyub”.

Komitə sədri bütün bunlarla bağlı Ərazi Dövlət Nəzarəti İdarələrinin daha çevik fəaliyyət qurmalarını, işlərinin təkmilləşdirilməsini, kadr hazırlığına diqqət yetirilməsini tapşırıb. Bundan başqa, ərazi orqanlarının Bakıda yaradılmış Standart Fondunun bazasından daha rahat istifadə etmək, məlumatların, normativ aktların, standartların operativ əldə edilməsi məqsədilə tez bir zamanda on-line şəbəkənin qurulmasının vacibliyi vurğulanıb. Qısa müddət ərzində qida sahəsində tətbiq olunan standartların, texniki şərtlərin Avropa standartlarına uyğunlaşdırılmasının zəruriliyini qeyd olunub: “Yerli istehsalçıların xarici bazarlara daha geniş çıxmalarını təmin etmək, ölkəmizin ixrac potensialının genişləndirilməsi məqsədilə qida sənayesində Avro standartların tətbiqi vacib amildir. Biz hazırda ərzaq məhsullarının mikrobioloji normalarını İSO standartları əsasında laborator müayinəsini aparırıq. Ancaq bu, məhsulun tərkibinin digər parametrlərini də əhatə etməlidir. Ona görə də Azərbaycan Standartlar İnstitutu Avropa standartlarının tətbiqi məsələlərini müzakirə etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR