Bank Of Baku

Aprelin 25-də Azərbaycanda Türkiyə universitetlərində qəbul imtahanları keçiriləcək

Aprelin 25-də Azərbaycanda  Türkiyə universitetlərində qəbul imtahanları keçiriləcək
# 23 aprel 2010 15:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil sahəsində dövlətlərarası müqaviləyə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) ilə birgə aprelin 25-də Türkiyə universitetlərində təhsil almaq istəyənlər üçün Bakı və Naxçıvan şəhərlərində qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il Azərbaycan gənclərinə Türkiyənin nüfuzlu 12 universitetində təhsil almaq üçün 48 yer ayrılıb. Sənəd qəbulu aprelin 5-dən 17-dək Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki, Quba və Şirvan şəhərlərində təşkil olunmuş Sənəd Qəbulu Komissiyalarında (SQK) aparılıb. Türkiyədə ali təhsil almaq arzusunda olan 1636 abituriyent sənəd verib. Azərbaycan bölməsi üzrə abituriyentlərin sayı 1454, rus bölməsi üzrə 182 nəfərdir. İmtahana buraxılış vərəqələrini almaq üçün abituriyentlər aprelin 22-24-də ərizə verdikləri SQK-ya müraciət edə bilərlər. Abituriyentlərin sual kitabçası 100 test tapşırığından ibarətdir. İmtahanın müddəti 90 dəqiqədir. Türk dilindən imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılır.

Müsabiqə Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən aparılacaq. Nəticələr Türkiyə tərəfindən TQDK-ya göndərildikdən sonra qəbul olanların siyahısı KİV-də dərc ediləcək və TQDK-nın internet saytında yerləşdiriləcək. Müsabiqədən keçən abituriyentlər Türkiyədə bir tədris ili müddətində “Türkcə Öyrətim Mərkəzləri”ndə türk dili hazırlıq kursunu keçəcəklər. Əlavə olaraq türk dilindən müvəffəqiyyətlə imtahan verib müsabiqədən keçən abituriyentlər hazırlıq kursunda təhsil almadan birinci kursa qəbul olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR