Bank Of Baku

“Azərbaycan Tarixi” portalının təqdimatı olub

“Azərbaycan Tarixi” portalının təqdimatı olub
# 24 aprel 2010 08:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün “İrəli” İctimai Birliyinin hazırladığı www.history.az adlı “Azərbaycan Tarixi” portalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimə ictimai birliyin üzvü olan gənclər, millət vəkilləri, Gənclər və İdman Nazirliyinin rəhbərliyi qatılıb. İctimai birliyin sədri Ceyhun Osmanlı bildirib ki, saytın hazırlanmasına bu ilin əvvəlindən başlanıb. Portalda Azərbaycan tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyası cəmlənib. Saytda elektron kitabxana, numizmatika, xalçaçılıq, arxeologiya, xəritə, fotoqalereya bölmələri yaradılıb: “Bu portalın faydalı olduğunu düşünürük. Azərbaycan tarixi ilə bağlı yazılmış bütün kitabların elektron versiyasının sayta yerləşdirilməsi nəzərdə tutulub. Hazırda 111 kitab sayta daxil edilib”.

Gənclər və idman naziri Azad Rəhimov da bu portalın bu gün və gələcək üçün vacib olduğunu deyib. Onun sözlərinə görə, gənclərin Azərbaycan tarixini araşdırması və təbliğ etməsi təqdirəlayiq haldır.

Mərasimdə iştirak edən tarixçilər, millət vəkilləri də portal barədə fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR