Bank Of Baku

“Regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib

“Regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib
# 24 aprel 2010 14:29 (UTC +04:00)
Bakı – APA. Aprelin 24-də İqtisadi İnkişaf Nazirliyinin və Quba rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin aidiyyəti strukturlarının rəhbərləri və Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Xaçmazda Qafqaz Konserv Zavodu və “Hado” pivə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Sonra onlar Qubada 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirə kompleksini ziyarət ediblər.

Konfransda əvvəlcə regionların sosial-iqtisadi inkişafına həsr edilmiş film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan prezidentinin regionların inkişafına böyük önəm verdiyini vurğulayaraq tarazlı inkişafın təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkədə davam etdirilən kompleks islahatların məntiqi nəticəsi olaraq 2010-cu ilin birinci rübündə ÜDM 5,4%, onun adambaşına düşən həcmi 4,2%, qeyri-neft sektoru 4,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR