Bank Of Baku

Ombudsman Aparatının nümayəndələri hərbi hissələrdə görüşlər keçiriblər

Ombudsman Aparatının nümayəndələri hərbi hissələrdə görüşlər keçiriblər
# 24 aprel 2010 15:06 (UTC +04:00)
Bakı – APA. Ombudsman Aparatının əməkdaşları Heydər Əliyevin doğum günü və 9 may - Qələbə günü ərəfəsində Mingəçevir və Kürdəmir rayonları ərazilərində yerləşən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə görüş keçiriblər. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, aparatın Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və aparatın əməkdaşı Vüqar Heydərov Müdafiə Nazirliyinin məsul əməkdaşı Rauf Əliyevlə birlikdə hərbi hissələrin zabit və əsgərləri ilə görüşüblər. Görüşlərdə ombudsman təsisatında adı çəkilən sektorun və müvəkkilin bu sahə üzrə ixtisaslaşdırılmış müşavirinin fəaliyyəti, hərbçilərin ombudsmana ünvanlanan müraciətlərinin operativ cavablandırılması, obyektiv araşdırılması və problemlərin həllində kömək göstərilməklə pozulmuş hüquqların təmin olunması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Müvəkkilin nümayəndələri eyni zamanda hərbi hissələrdə şəxsi heyətin yaşayış yeri, Heydər Əliyev güşələri, klub, kitabxana, yeməkxana, mətbəx və xəstəxana şəraiti, anbar, əsgərlərin asudə və istirahət vaxtlarını səmərəli keçirmələri üçün müəyyən edilmiş yerlərə baxış keçiriblər. Görülən işlər müsbət qiymətləndirilməklə yanaşı, işin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Müvəkkilin nümayəndələri Yevlax və Kürdəmir qarnizonlarının hərbi polislərində də görüş keçirərək şəxsi heyətin yaşayış şəraiti, qidalanması ilə tanış olub, keçirilən təlim məşğələləri, asudə vaxtın təşkili vəziyyəti, göstərilən tibbi yardımla maraqlanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR