Bank Of Baku

ABŞ-ın orta məktəblərində təhsil alacaq 42 azərbaycanlı şagirdlə görüş keçirilib

ABŞ-ın orta məktəblərində təhsil alacaq 42 azərbaycanlı şagirdlə görüş keçirilib
# 24 aprel 2010 16:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ABŞ Azərbaycandakı səfirinin iqamətgahında gələn il ABŞ-ın orta məktəblərində təhsil alacaq 42 azərbaycanlı şagirdlə görüş keçirilib. APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, Bakı, Gəncə, Mingəçevir, Lənkəran, Şəki və Naxçıvanda təşkil olunan test imtahanlarından müvəffəqiyyətlə keçən şagirdlər Amerikada təhsil almaqla yanaşı, bu ölkə ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar. Sonra tədbir amerikalı və azərbaycanlı şagirdlərdən ibarət musiqi qrupunun ifasında mahnılarla davam etdirilib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən FLEX proqramı Azərbaycanda Amerika Şuraları təşkilatı tərəfindən həyata keçirilir. 1993-cü ildən həyata keçirilən proqram çərçivəsində 800-ə yaxın azərbaycanlı şagird ABŞ-da təhsil almağa müvəffəq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR