Bank Of Baku

Azərbaycanın bəzi ərazilərində leysan gözlənilir

Azərbaycanın bəzi ərazilərində leysan gözlənilir
# 26 aprel 2010 09:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 15-18 dərəcə, axşam 10-12 dərəcə isti olacaq.

Aprelin 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.

Aprelin 28-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

Aprelin 29-da havanın buludlu olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 27-də gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-16 dərəcə, dağlarda gecə 2-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

Aprelin 28-29-da gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Böyük Qafqazın və Lənkəran-Astara zonasının ayrı-ayrı yerlərində yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Aprelin 29-da gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-11 dərəcə, gündüz 13-17 dərəcə, dağlarda gecə 2-5 dərəcə, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR