Bank Of Baku

Səhiyyə Nazirliyi qadın məsləhətxanalarının işini təkmilləşdirəcək

Səhiyyə Nazirliyi qadın məsləhətxanalarının işini təkmilləşdirəcək
# 26 aprel 2010 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə Nazirliyi qadın məsləhətxanalarının işini daha da təkmilləşdirmək üçün onların poliklinikalarla əlaqəsini gücləndirəcək. Bu barədə APA-ya nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev məlumat verib. O bildirib ki, hazırda Bakıda 34 şəhər poliklinikası və 9 qadın məsləhətxanası fəaliyyət göstərir: “Bəzən qadınlar yaşadıqları ərazidə bir neçə poliklinika ola-ola, xeyli yol qət edib qadın məsləhətxanalarına gedirlər. Digər tərəfdən, qadın məsləhətxanaları zəruri müayinələrin aparılması üçün qadınları yenə də poliklinikalara göndərir. Buna görə də bu iki qurumun bir-biri ilə əlaqəsinin möhkəmləndirilməsi barədə düşünürük. Amma bunun hansı formada həyata keçirilməsi hələ müzakirə olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR