Bank Of Baku

Azərbaycanın bəzi dağ çaylarında daşqın və sel gözlənilir

Azərbaycanın bəzi dağ çaylarında daşqın və sel gözlənilir
# 26 aprel 2010 10:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlar eyni zamanda Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 95 sm artaraq su sərfi 399 m3/san (ongünlük normanın 224 %-i), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 61 sm artaraq su sərfi 1000 m3/san (ongünlük normanın 140 %-i) təşkil edib. Lənkəran-Astara bölgəsinin bir sıra çaylarında suyun səviyyəsinin 64-92 sm artımı qeydə alınıb.

Aprelin 26-dək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımının davam edəcəyi, yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı və bununla əlaqədar bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Kür çayının aşağı axınında səviyyənin artımı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR