Bank Of Baku

“İnternetdə rəqəmli hüquqların qorunması və idarə edilməsi” mövzusunda seminar keçirilib

“İnternetdə rəqəmli hüquqların qorunması və idarə edilməsi” mövzusunda seminar keçirilib
# 26 aprel 2010 13:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyi (MHA) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu ilə birgə 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə “İnternetdə rəqəmli hüquqların qorunması və idarə edilməsi” mövzusunda seminar keçirib. APA-nın məlumatına görə, seminarda çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, Azərbaycan 2005-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) internet müqavilələri kimi tanınan “Müəlliflik hüququna dair müqaviləsi” və “İfalar və fonoqramlar haqqında müqaviləsi”nə qoşulub. MHA tərəfindən ölkədə müəllif hüquq qanunvericiliyində internet hüquqlarının təsbit edilməsi məqsədi ilə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əlavə və dəyişiklər edilməsi ilə bağlı təkliflər təqdim edilib. K. İmanovun sözlərinə görə, elektron ticarət mağazalarında alqı-satqı əməliyyatları mülkiyyət hüquqlarının pozulması ilə müşahidə olunur. Satılan malların böyük əksəriyyəti icazəsiz satılır. Daha böyük problem isə fayl mübadilə proqramları ilə bağlıdır. Onun sözlərinə görə, hazırda bütün dünya üzrə qeyri-leqal fayl mübadiləsi 40 milyard rəqəmini ötüb ki, bu da 95 faiz piratçılıq deməkdir: “İnternetin imkanları getdikcə müəlliflik hüquqlarının qorunmasını çətinləşdirir. Ona görə də ÜƏMT bu məsələyə diqqət yetirərək cürbəcür forumlar keçirir. Problemdən əsas çıxış yollarından biri əqli mülkiyyət qanunvericiliyinin daha da təkmilləşdirilməsidir”.
İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev isə bildirib ki, bəzən ölkənin milli qanunvericilik sistemi internetin gətirdiyi reallıqlar qarşısında dözmür. Buna görə də internetə daha çox dövlətin milli təhlükəsizliyinin komponenti kimi baxılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR