Bank Of Baku

Bakının Əzizbəyov rayonunun adı dəyişdirilir

Bakının Əzizbəyov rayonunun adı dəyişdirilir
# 26 aprel 2010 15:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, komissiyasının sədri, akademik Budaq Budaqov iclası açaraq gündəlikdəki məsələlər barədə məlumat verib. B. Budaqov deyib ki, birinci məsələ Bakı şəhəri Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması ilə bağlıdır: “Yerli əhali rayonun adının dəyişdirilməsi barədə aidiyyəti qurumlara dəfələrlə müraciətlər edib”.
İclasda iştirak edən komissiya üzvləri və millət vəkilləri coğrafi yerləşmə məkanına görə, rayonun iqtisadi strateji baxımdan dənizlə bağlılığını nəzərə alaraq, rayona Xəzər adının verilməsi təklifini məqsədəuyğun hesab ediblər.
İclasda, həmçinin Salyan rayonunun Yenikənd kəndinin Aşağı Xələc kəndi adlandırılması məsələsinə baxılıb. Qeyd edilib ki, sakinlər kəndin tarixi adının qaytarılması barədə lazımi strukturlar qarşısında məsələ qaldırıblar. Yenikənd bələdiyyəsi əhalinin istəyini nəzərə alaraq kəndin adının dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul edib.
Müzakirələr zamanı kəndin adının Aşağı Xələc adlandırılması fikri məqbul sayılıb.
İclasın sonunda hər iki məsələyə müsbət rəy verilərək parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR