Bank Of Baku

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulu ilə bağlı seminar-məşğələ keçirilib

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulu ilə bağlı seminar-məşğələ keçirilib
# 27 aprel 2010 07:47 (UTC +04:00)
Bakı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da 2010/2011-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları ilə seminar məşğələ keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda müasir informasiya texnologiyaları tətbiq edilməklə TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulub.
Tədbirdə Komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov, sektor müdirləri Hidayət Zeynalov və İlqar Allahverdiyev, regional bölmələrin əməkdaşları, 50-dək Sənəd Qəbulu Komissiyasının nümayəndələri iştirak ediblər. A. Bağırov ərizə qəbulu ilə bağlı geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR