Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı aprelin 30-dan başlayacaq

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı aprelin 30-dan başlayacaq
# 27 aprel 2010 07:51 (UTC +04:00)
Bakı-APA. Bu il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilən müsabiqənin test imtahanı aprelin 30-dan başlayacaq. Bu barədə APA-ya komissiyanın mətbuat xidmətindən bildirilib. Test imtahanı, Azərbaycanda ilk dəfə olaraq, kompüter vasitəsi ilə keçiriləcək. Bununla bağlı Komissiya tərəfindən “Dövlət qulluğuna qəbulun elektron idarə edilməsi sistemi”nin tərkib hissəsi kimi xüsusi proqram təminatı - “Test imtahanı” sistemi hazırlanmışdır. Test imtahanı başa çatan kimi onun nəticəsi namizədə təqdim ediləcək.
Yeni qaydalara əsasən inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 4111 namizəd qeydə alınmışdır. Onlardan 966-sı (23,50%) qadın, 3145-i (76,50%) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 63 yaşındadır.

İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb.

Test imtahanının nəticələri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR