Bank Of Baku

Sabah Bakıda beynəlxalq texniki seminar işə başlayacaq

Sabah Bakıda beynəlxalq texniki seminar işə başlayacaq
# 27 aprel 2010 08:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Aprelin 28-29-da Bakıda “Bədbəxt hadisələrdən sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər” mövzusunda beynəlxalq texniki seminar keçiriləcək.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentindən “APA-Economics”ə verilən məlumata görə, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA), DSMF və Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq toplantıda həmçinin Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının, Dünya Bankının, Beynəlxalq Bədbəxt Hadisələr üzrə İdarə Heyətləri və Komissiyalar Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcəklər. Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan və bir sıra digər Avropa ölkələrinin də təmsil olunacağı iki günlük beynəlxalq seminarda bədbəxt hadisələrdən sığortalanma sahəsində beynəlxalq təcrübədən söhbət açılacaq, bu sahədə cari problemlərə toxunulacaq.

Eyni zamanda demoqrafiyanın bədbəxt hadisələrdən sığortalanmaya təsiri, maşınqayırma, elektrik, tekstil və media sənayelərində bədbəxt hadisələrdən sığortalanma mövzularında məruzələr təqdim ediləcək.

İclasın açılışında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslimov, BSTA rəsmiləri Coakim Bröyer, Bernd Treichel, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edəcəklər.

Xatırladaq ki, Azərbaycan 2004-cü ildə BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR