Bank Of Baku

Neft axıntılarının qarşısının alınmasına dair qanunverici və normativ bazanın təkmilləşdirilməsi ilə bağlı seminar keçirilir

Neft axıntılarının qarşısının alınmasına dair qanunverici və normativ bazanın təkmilləşdirilməsi ilə bağlı seminar keçirilir
# 27 aprel 2010 11:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda neft axıntılarının qarşısının alınmasına dair qanunverici və normativ bazanın təkmilləşdirilməsi ilə bağlı seminar keçirilir. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, seminar ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə təşkil olunub. Tədbirdə özəl sektorun nümayəndələri və beynəlxalq ekspertlər iştirak edir.

ATƏT-in Bakı ofisinin İqtisadiyyat və ətraf mühit idarəsinin rəisi Yan Olsson bildirib ki, Xəzərin kövrək ekologiyasının müdafiəsi və neft axıntıları ilə bağlı insidentlərə reaksiya üçün planlaşdırma önəmli yoldur: “ATƏT beynəlxalq əməkdaşlıq, hüquqi-təşkilatı biliklərin təmin edilməsi yolu ilə Azərbaycana bu məsələdə dəstək verməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR