Bank Of Baku

Azərbaycan dilinin qorunması ilə bağlı keçirilmiş monitorinqin nəticələri açıqlanıb

Azərbaycan dilinin qorunması ilə bağlı keçirilmiş monitorinqin nəticələri açıqlanıb
# 27 aprel 2010 11:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Azərbaycan dilinin qorunması mediada, reklam və etnoqrafiya müstəvisində” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, SAMF rəhbəri Musa Yaqub çıxışında bildirib ki, Azərbaycan dilinin qorunması hər kəsə aid olan məsələdir, mövcud problemlərin aradan qaldırılmasına ehtiyac var: “Dilimizin qorunmasına təşəbbüslər SSRİ vaxtı daha güclü idi, nəinki indi... O zaman sıxıntı içində olsaq da, bu problemi aradan qaldırmaq üçün addımlar atılırdı. Amma indi arxayınıq. Bunun nəticəsidir ki, dilimizə yad sözlər daxil olur”. M. Yaqub bildirib ki, daha çox televiziya reklamlarında və küçələrdəki reklam lövhələrində problemlər var. O, şirkətlərin adlarının da əksər halda əcnəbi dildə olduğunu qeyd edib.

SAMF-ın icraçı direktoru Vüqar Tofiqli isə təşkilatın keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Onun sözlərinə görə, qurum mart-aprel aylarında Bakının bir sıra mərkəzi küçələri, rayonlarında həyata keçirilən monitorinq nəticəsində 134 reklam xarakterli lövhənin ümumilikdə 62 faizində Azərbaycan dilinin qaydaları qorunub. Lövhələrin 27 faizi ingilis, 11 faizi türk dilində olub. Lövhələrin 14 faizində isə qrammatik səhvlər üzə çıxıb. Bundan başqa, küçələrdə Azərbaycan dili qarışığı olmayan mağaza adlarına rast gəlinib. V. Tofiqli reklam roliklərində də Azərbaycan dilinin qrammatik qaydalarının kobud şəkildə pozulduğunu vurğulayıb.

Tədbir iştirakçıları problemin aradan qaldırılması üçün müxtəlif təkliflərlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR