Bank Of Baku

Azərbaycanda minadan zərərçəkənlərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır

Azərbaycanda minadan zərərçəkənlərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır
# 27 aprel 2010 12:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda minadan zərərçəkənlərin sosial müdafiəsinin yaxşılaşdırılması üçün bu il Minadan Zərərçəkənlərə Yardım Proqramı çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Proqram üzrə Sosial-İqtisadi Reinteqrasiya layihəsi (2010—2012) çərçivəsində cari il ərzində minadan zərər çəkmiş 50 nəfərə mikrokredit verilib və may ayının əvvəlində daha 25 nəfərə kredit verilməsi planlaşdırılır. Minadan zərərçəkənlərin sanatoriya şəraitində müalicəsi layihəsi çərçivəsində isə 37 minadan zərərçəkən 2010-cu il yanvar-aprel aylarında sanatoriyada müalicə və reabilitasiya kurslarına cəlb olunub. Növbəti 20 nəfərdən ibarət olan qrup isə may ayının əvvəllərində sanatoriyaya göndəriləcək.

Minadan zərərçəkənlərə yardim proqramının gələcək inkişafını nəzərə alaraq, ANAMA Minadan Zərərçəkənlərin Ehtiyaclarına Yenidən Baxılması layihəsini həyata keçirməyi planlaşdırır. Bu layihə Minadan Zərərçəkənlərə Yardım programının başlanğıc mərhələsi kimi, Azərbaycanda minadan zərərçəkənlərə dair həyata keçirilən layihələrə aid zəruri məlumat bazası rolunu oynayacaq.

Qeyd edək ki, 2004-ci ildən bu qünə qədər Minadan Zərərçəkənlərə Yardım Proqramı üzrə 8 layihə həyata keçirilib və 3 layihə hazırda davam etdirilir. Layihələr çərçivəsində 2006—2010-cu illərdə 745 nəfər minadan zərərçəkənə və onlarin ailələrinə müxtəlif növ yardım göstərilib. Cari ildə həmçinin ANAMA tərəfindən İmişli rayonunda yaşayan minadan zərər çəkmiş şəxsləri əhatə edən “Minadan zərərçəkənlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə yeni iş yerlərinin təşkili” layihəsinin həyata keçirilməsini planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR