Bank Of Baku

Bu il cənub bölgəsində işçilərin hüquqlarının pozulmasına dair 271 fakt qeydə alınıb

Bu il cənub bölgəsində işçilərin hüquqlarının pozulmasına dair 271 fakt qeydə alınıb
# 27 aprel 2010 14:06 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar 9 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyi Lənkəranda zona müşavirəsi keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara və Lerik rayonlarının idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə 9 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Ehtiram Muxtarov açaraq, son illər əməyin mühafizəsi ilə bağlı həyata keçirilən layihələr barədə danışıb.

Onun sözlərinə görə, 2009-cu il ərzində 11 780 manat gecikdirilmiş və zərərə görə sosial ödəmələr təmin edilib. 2009-cu ildə üç, 2010-cu ilin birinci rübündə isə iki nəfər qanunsuz işdən çıxarıldığına görə müfəttişlik tərəfindən işə bərpa olunub.

Ötən dövr ərzində 9 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin əməkdaşları işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanması məsələlərinə də xüsusi önəm veriblər. Belə ki, ötən il 190, cari ildə isə 85 əmək müqaviləsinin bağlanması təmin edilib.

Müşavirədə o da qeyd olunub ki, aparılan araşdırmalar zamanı müəssisə və təşkilatlarda cari ilin 3 ayı ərzində 271 hüquq pozuntusuna yol verilməsi müəyyənləşdirilib. İşçilərin hüquqlarını pozan 13 hüquqi və fiziki şəxs inzibati məsuliyyətə cəlb edilməklə 5000 manata yaxın cərimənin dövlət xəzinəsinə ödənilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR