Bank Of Baku

“Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda yekun konfrans keçirilib

“Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda yekun konfrans keçirilib
# 27 aprel 2010 14:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhərinin ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş yekun konfrans keçirib. APA-nın məlumatına görə, konfransda çıxış edən idarənin müdiri Nailə Rzaquliyeva bildirib ki, konfransın əsas məqsədi məktəbli gənclərin potensialının daha da inkişaf etməsinə, gələcək alimlərin yetişməsinə təkan verməkdir. O, konfransa 180 iş təqdim olunduğunu, münsiflər heyəti tərəfindən onlardan 60-nın seçilərək qalib elan edildiyini söyləyib. Təqdim edilən işlər arasında şagirdlər tərəfindən yeni tapılmış antivirus proqramları, ekologiya sahəsində tədqiqatlar da var.

Təhsil naziri Misir Mərdanov isə son illər H. Əliyevə həsr olunan belə tədbirlərin ənənəvi xarakter aldığını və iştirakçıların sayının ildən-ilə çoxaldığını bildirib.

Tədbirdə H. Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilmiş inşa yazı müsabiqəsinin Bakı şəhərindən seçilmiş 11 qalibi də mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR