Bank Of Baku

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib

“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib
# 27 aprel 2010 15:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyində Avropa Birliyinin maliyyə dəstəyi ilə Britaniya Şurası ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib. TN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda layihənin icrası haqqında üçüncü hesabat dinlənilib, növbəti yarım il ərzində planlaşdırılmış tədbirlər müzakirə edilib.

Təhsil naziri Misir Mərdanov bildirib ki, layihə çərçivəsində İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin tikintisi başa çatmaq üzrədir və yaxın vaxtlarda avadanlıqlarla təchiz olunacaq. Pilot məktəbdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirməsi aparılıb və müvafiq hesabat hazırlanıb. “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin əsas məqsədinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı olduğunu bildirən əməliyyatlar üzrə rəhbər Jan Lui Lavroff gələcəkdə digər layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR