Bank Of Baku

Akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan «Ana – müqəddəslik zirvəsi» mövzusunda inşa müsabiqəsinin qalibləri müəyyənləşib

Akademik Zərifə Əliyevanın doğum gününə həsr olunan «Ana – müqəddəslik zirvəsi» mövzusunda inşa müsabiqəsinin qalibləri müəyyənləşib
# 28 aprel 2010 08:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi akademik Zərifə Əliyevanın doğum gününə həsr olunmuş məktəblilər arasında «Ana – müqəddəslik zirvəsi» mövzusunda inşa müsabiqəsinin qaliblərini müəyyənləşdirib. APA-nın məlumatına görə, bu məqsədlə Hökumət Evində tədbir keçirilib. Komitənin sədri Hicran Hüseynova çıxışında Zərifə Əliyevanın həyat və fəaliyyəti, elmi nailiyyətləri barədə çıxış edib: «Zərifə xanım həm gözəl həkim, həm də gözəl ailə başçısı idi. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir».

O, inşa müsabiqəsinə 55 yazının təqdim olunduğunu qeyd edib. Komitə sədri müsabiqənin 11 qalibinin müəyyən edildiyini vurğulayıb.

Ombudsman Elmira Süleymanova Zərifə Əliyevanın şəxsiyyət zirvəsini fəth etmiş qadın olduğunu deyib: “Onun prioritetlərindən biri də uşaq və gənclər olub”.

Qeyd olunub ki, birinci yeri Suraxanı rayonu V. Mirzəliyev adına 281 saylı orta məktəbin şagirdi Aygün Allahverdiyeva, ikinci yeri Xətai rayonu 147 saylı Texniki humanitar liseyin şagirdi Ayan Qəlbinur, üçüncü yeri Yasamal rayonu Z. Əliyeva adına məktəbin şagirdi Şövkətxanım Quluzadə tutub. Qaliblərə xüsusi diplomlar və müxtəlif hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR