Bank Of Baku

Bu il Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun bütün fəaliyyət istiqamətləri tam avtomatlaşdırılacaq

Bu il Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun bütün fəaliyyət istiqamətləri tam avtomatlaşdırılacaq
# 28 aprel 2010 09:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Cari il ərzində Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bütün fəaliyyət istiqamətləri tam olaraq avtomatlaşdırılacaq.

«APA-Economics»in məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov bildirib. Onun sözlərinə görə, həm pensiyaların hesablanmasının avtomatlaşdırılması, eyni zamanda fərdi uçotun qeydlərinin yazılması və hesabatların qəbulunun avtomatlaşdırılması prosesi bu il ərzində reallaşacaq. Hazırda bu proqramların sonuncu mərhələsi üzərində iş gedir.

S.Müslümov deyib ki, fərdi uçot, işəgötürənin ödənişlər haqqında təqdim etdiyi hesabat və fərdi uçotda aparılacaq qeydiyyatlar barədə hesabatlar bir-birinə uyğun gəlməlidir: «Bunun üçün vahid proqram da hazırlanıb. Bu proqramın ilkin versiyası var və artıq DSMF-nin şöbələrində testdən keçirilib».

S.Müslümov qeyd edib ki, yaxın 2-3 ay ərzində bütün şöbələrdə bu proqramın tətbiqinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR