Bank Of Baku

Azərbaycanda insan alveri qurbanlarına ödənən kompensasiyanın məbləği artırılacaq

Azərbaycanda insan alveri qurbanlarına ödənən kompensasiyanın məbləği artırılacaq
# 28 aprel 2010 10:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan alveri ilə mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev deyib. O bildirib ki, Azərbaycan daha çox tranzit kimi yox, insan alverinin mənbəyi kimi istifadə olunur. C. Şıxəliyev qeyd edib ki, insan alverinin qurbanları daha çox Azərbaycanın rayonlarında yaşayan insanlardır: “Ona görə də bizim əsas vəzifələrimizdən biri regionlarda maarifləndirmə işi aparmaqdır”.

İdarə rəisi insan alveri qurbanlarına ödənən kompensasiyanın məbləğinin artırılmasının planlaşdırıldığını da açıqlayıb: “Hazırda bu məsələyə Maliyyə Nazirliyində baxılır. Təkliflər paketində kompensasiyanın 600 manata qədər artırılması əksini tapıb”.

Qeyd edək ki, hazırda insan alveri qurbanlarına ödənən kompensasiyanın məbləği 33 manata yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR