Bank Of Baku

Azərbaycanda insan alveri ilə mübarizə həftəsi keçiriləcək

Azərbaycanda insan alveri ilə mübarizə həftəsi keçiriləcək
# 28 aprel 2010 10:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 1-dən 6-na qədər Azərbaycanda insan alveri ilə mübarizə həftəsi keçiriləcək. APA-nın xəbərinə görə, həftənin keçirilməsində əsas məqsəd ictimaiyyətin bu barədə məlumatlandırılmasıdır.

Maarifləndirmə kampaniyası çərçivəsində mayın 1-də Milli Parkda, avtovağzal və dəmir yolu vağzalının yaxınlığında müvafiq tədbirlər təşkil olunacaq. Vətəndaşlara insan alveri problemindən bəhs olunan bukletlər paylanacaq, telekanallarda sosial reklam yayımlanacaq. Polisdə 152 saylı “qaynaq xətt” açılacaq. Bakı ilə yanaşı, Sumqayıt və Şirvanda da tədbirlər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR