Bank Of Baku

Gəncədə azyaşlı uşaqların immunlaşdırılması həftəsi keçirilir

Gəncədə azyaşlı uşaqların immunlaşdırılması həftəsi keçirilir
# 28 aprel 2010 10:50 (UTC +04:00)
Gəncə-Ayxan Hüseynov.APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə hər il avropa ölkələrində peyvəndləşdirmə kompaniyası keçirilir. Bu münasibətlə aprelin 26-dan başlayaraq Gəncə şəhər Gigiyena və Epidemologiya Mərkəzi Gəncədə peyvəndləşdirmə kompaniyasına start verib. Gigiyena və Epidemologiya Mərkəzindən APA-nın Qərb bürosuna verilən məlumata görə, immunlaşdırma yeni doğulan uşaqlardan tutmuş 6 yaşadək uşaqları əhatə edəcək. Peyvəndləşdirmə kompaniyası çərçivəsində müvafiq sahə polikilinikalarında uşaqların siyahəya alınması işi aparılır. Bu aksiyaya həmçinin peyvənd olunmadan kənarda qalmış uşaqlarida əhatə edəcək. İmmunlaşdırma həftəsi mayın 1-də başa çatacaq.
Qeyd edək ki, Gəncənin yeni salınan “Sevinc” və “Avtozavod” qəsəbələrində yeni doğulan uşaqların qeydiyyatı olmadığından həmin əhali qrupu peyvənddən kənarda qalır və buna görədə immunlaşdırma həftəsi çərçivəsində həmin uşaqlarında peyvənd olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR