Bank Of Baku

Akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilir

Akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçirilir
# 28 aprel 2010 12:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Akademik Zərifə Əliyevanın anadan olmasının 87-ci ildönümü ilə bağlı onun adını daşıyan Milli Oftalmologiya Mərkəzində beynəlxalq konfrans işə başlayıb. APA-nın məlumatına görə, oftalmologiyanın aktual problemlərinə həsr olunan konfransda çıxış edən Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, tədbir artıq ənənə halını alıb və elmi konfransda alimlər tərəfindən müzakirə olunan məsələlər oftalmologiyanın inkişafına kömək edəcək. O. Şirəliyev Azərbaycanda səhiyyənin inkişafından və oftalmologiya sahəsində görülən yeniliklərdən də danışıb.

Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov mərkəzin fəaliyyəti, burada aparılan elmi-tədqiqat işləri barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Fasilədən sonra isə konfrans elmi məruzələrlə davam etdirilib.

Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin sədri Sunay Duman, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və xarici ölkələrdən gələn digər alimlər təbabət elminin son illərdəki uğurları, oftalmologiya sahəsində aparılan elmi tədqiqatlar, təhsil və qarşıya çıxan problemlər haqqında danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR