Bank Of Baku

AMEA-da 2009-cu ilin yekunlarına həsr olunan illik hesabat yığıncağı keçirilib

AMEA-da 2009-cu ilin yekunlarına həsr olunan illik hesabat yığıncağı keçirilib
# 28 aprel 2010 12:26 (UTC +04:00)
APA-nın məlumatına görə, hesabat yığıncağında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib. AMEA prezidenti Mahmud Kərimov bildirib ki, ötən il ölkədə aparılan dövlət siyasəti elmin inkişafına da təkan verib: “Ötən il ölkə prezidenti tərəfindən “2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onunla əlaqədar Dövlət Proqramı imzalanıb. Strategiyanın həyata keçirilməsi ilə əlaqədar AMEA-da İşçi Qrup yaradılıb. Ötən il noyabrın 21-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasında ölkədə ictimai və humanitar elmlərin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirib, həmin müşavirədə AMEA qarşısında da yeni vəzifələr qoyulub. İstər həmin müşavirənin, istərsə də Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi AMEA Rəyasət Heyətində müzakirə olunub və Akademiyanın humanitar və ictimai elmlər bölməsinin elmi-tədqiqat institutlarına ciddi tapşırıqlar verilib. Hazırda bu tapşırıqların həyata keçirilməsi istiqamətində işlər davam etdirilir”.

M. Kərimov təəssüflə qeyd edib ki, R. Mehdiyevin sözügedən məqalədə Akademiyanın ünvanına səsləndirdiyi əsaslı iradları bəziləri “AMEA-ya hücum” kampaniyası kimi başa düşüb. “AMEA-nın elmin inkişafındakı rolunu azaltmağa, elm və təhsil müəssisələri arasında süni qarşıdurma yaratmağa cəhdlər göstərilir. Halbuki Akademiyanın statusu dövlət başçısı tərəfindən müəyyən edilib”.

AMEA prezidenti deyib ki, ötən il Akademiyada 139 problemlə bağlı 470 mövzu üzrə tədqiqatlar aparılıb, 150-yə yaxın mühüm elmi nəticələr əldə olunub. AMEA alimləri tərəfindən 50 patent alınıb, 143 tədqiqat işinin nəticələri təhlil olunub, 400-dən çox kitab, 5600 elmi məqalə və tezis çap edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR