Bank Of Baku

Azərbaycanda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilir

Azərbaycanda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilir
# 28 aprel 2010 12:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, artıq ikinci dəfədir, bu olimpiada müstəqil Azərbaycanda keçirilir. Nazir bunun təsadüfi olmadığını deyib, bunu Azərbaycanın iqtisadi və elmi inkişafı ilə əlaqələndirib. M. Mərdanov olimpiadaya 14 ölkədən 87 şagirdin qatıldığını qeyd edib. O, Azərbaycanın dəfələrlə bu olimpiadada iştirak etdiyini, yüksək nəticələr göstərmiş şagirdlərin öz təhsillərini Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirdiyini vurğulayıb.

M. Mərdanov bildirib ki, olimpiadanın qaliblərini münsiflər heyəti müəyyənləşdiriləcək. Münsiflər heyətinin tərkibi bir sıra ölkələrdən olan və müxtəlif təhsil müəssisələrində çalışan görkəmli kimyaçı alimlərdən, orta məktəblərdə kimya fənnini tədris edən müəllimlərdən ibarətdir. Nazir iştirakçılara uğurlar arzulayıb.

Açılış mərasimində olimpiadanın təşkilat komitəsinin üzvləri də çıxış ediblər.

Olimpiadanın nəticələri mayın 3-də elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR