Bank Of Baku

Azərbaycanda vahid arxeologiya fondunun yaradılması təklif olunur

Azərbaycanda vahid arxeologiya fondunun yaradılması təklif olunur
# 28 aprel 2010 12:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda aparılan arxeoloji ekspedisiyalar nəticəsində əldə olunan arxeoloji materialların qorunması üçün ciddi addımlar atmaq lazımdır. Bu iş icra orqanlı kimi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib. Lakin akademiya ilə nazirlik arasında əlaqələri intensivləşdirmək lazımdır”. APA-nın məlumatına görə, bunu AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı deyib. Onun sözlərinə görə, ölkədə həddən artıq arxeoloji materiallar tapılır, lakin onların saxlanılması yarıtmaz səviyyədədir: “Buna görə də ölkədə vahid arxeoloji fondun yaradılması vacibdir. Arxeoloqlar hər hansı tapıntını ekspertiza üçün xarici ölkələrə göndərirlər. Halbuki belə laboratoriyalar Azərbaycanda da açılmalı, onlar güclü kadrlarla təmin olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR