Bank Of Baku

Abel Məhərrəmov beynəlxalq elmi-praktik konfransda iştirak edib – FOTO

Abel Məhərrəmov beynəlxalq elmi-praktik konfransda iştirak edib – <font color=red>FOTO</font>
# 28 aprel 2010 13:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov aprelin 23-24-də Moskva Dövlət Universitetində (MDU) Avrasiya Universitetlər Assosiasiyasının təşkil etdiyi “Universitetlər və Cəmiyyət. XXI əsrdə universitetlərin əməkdaşlığı və inkişafı” adlı 3-cü beynəlxalq elmi-praktik konfransda iştirak edib. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, elmi-praktik konfransda A. Məhərrəmov “Azərbaycanda universitet təhsilinin və elminin inkişafının perspektivləri və əhatəsi” mövzusunda məruzə edərək ötən il BDU-nun 90 illik yubileyi qeyd olunarkən universitetləri birləşdirən 3 böyük assosiasiyanın əməkdaşlığı haqqında Bakı Bəyannaməsinin qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda A. Məhərrəmova Avrasiya Universitetlər Assosiasiyasının ali mükafatı – “Avrasiya əməkdaşlığında töhfələrinə görə” medalı və diplomu, “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası ilə əməkdaşlıqda səmərəli fəaliyyətə görə” mükafatı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR