Bank Of Baku

Ədliyyə Nazirliyi Lənkəranda regional tədbir keçirib

Ədliyyə Nazirliyi Lənkəranda regional tədbir keçirib
# 28 aprel 2010 13:14 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda “Bələdiyyələrdə işin təşkili” mövzusunda regional maarifçilik seminarı keçirib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının yerli icra strukturlarının, bələdiyyələrin, torpaq və xəritəçəkmə şöbələrinin nümayəndələrinin qatıldığı tədbirdə bələdiyyələrin işinin təşkili, bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunmasında hüquqpozmaların qarşısının alınması, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması məsələləri müzakirə olunub. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Mehdi Səlimzadə çıxışında gələcəkdə bələdiyyələrin yenidən birləşdirilməsi prosesinin davam etdiriləcəyini, fəaliyyəti qeyri-qənaətbəxş olan bələdiyyələr barəsində isə qanuna müvafiq qaydada tədbirlərin görüləcəyini bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, bəzi qanunvericilik aktlarının boşluğundan istifadə edən bir sıra dövlət qurumları bələdiyyələrin ünvanladıqları müraciətləri yubandırırlar. Bu sıradan şikayətlərin daha çox torpaq və xəritəçəkmə şöbələri ilə reyster xidmətlərınə aid olduğunu diqqətə çatdıran M. Səlimzadə başlıca narahatedici məsələlərdən biri kimi dövlət nümayəndələri, hüquq- mühafizə orqanlarının əməkdaşları, auditorlar tərəfində özbaşına, heç bir hüquqi sənəd olmadan bələdiyyələrin sənədlərinin götürülüb hara isə aparıldığını qeyd edib. Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətində qanun pozuntularına yol verildiyi təqdirdə, onların sənədləri ilə yalnız Ədliyyə Nazirliyinin nümayəndələrinin tanış olmaq hüququ var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR