Bank Of Baku

Bakıda Ümumdünya Əməyin Mühafizəsi gününə həsr edilmiş seminar-müşavirə keçirilib

Bakıda Ümumdünya Əməyin Mühafizəsi gününə həsr edilmiş seminar-müşavirə keçirilib
# 28 aprel 2010 13:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda “28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü” münasibətilə Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması» mövzusunda seminar-müşavirə keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, əmək qanunvericiliyi ilə bağlı son illər ərzində kifayət qədər normativ hüquqi baza yaradılıb, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına uyğun olaraq ötən il Azərbaycanın Əmək Məcəlləsində müəyyən təkmilləşdirmələr aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü bildirib ki, bu ilin birinci rübü ərzində müfəttişlik tərəfindən 763 dövlət nəzarəti həyata keçirilib ki, bunun da 255-i dövlət müəssisəsində, 508-i qeyri-dövlət müəssisələrində olub. Həmçinin bu müddət ərzində 200 139 manat həcmində gecikdirilmiş ödəmələrin ödənilməsi təmin edilib. Bu ödəmələrin 178 558 manatı əmək haqqının 8 862 manat zərərə görə ödəncin, 12 719 manat isə sosial müavinət və kompensasiyaların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR