Bank Of Baku

Son bir ildə Azərbaycanda istehsalatda xəsarət alanların sayı 22% azalıb

Son bir ildə Azərbaycanda istehsalatda xəsarət alanların sayı 22% azalıb
# 28 aprel 2010 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən bu ilin yanvar-mart ayları ərzində aparılmış yoxlamalar zamanı 2 655 hüququ pozuntusu qeydə alınıb.

«APA-Economics»in məlumatına görə, bunu DƏM-in rəisi Nəbi Şükürlü bildirib.

N.Şükürlünün sözlərinə görə, pozuntularla bağlı inzibati xətaya görə tətbiq olunan cərimənin həcmi 56 600 manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 2,9 dəfə azdır.

N.Şükürlü bildirib ki, bu müddət ərzində təhqiqatı aparılmış istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 17% azalaraq 44 olub. Bu dövr ərzində istehsalatda ölənlərin sayı son 1 illə müqayisədə sabit qalaraq 15 nəfər, xəsarət alanların sayı isə 22,2% azalaraq 35 nəfər olub. Qrup halında baş vermiş bədbəxt hadisələrin sayı isə 3 dəfə azalaraq 2-yə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR