Bank Of Baku

Mərkəzi Gömrük Hospitalının həkimləri Türkiyədə qaraciyər köçürmə kurslarında iştirak edəcək

Mərkəzi Gömrük Hospitalının həkimləri Türkiyədə qaraciyər köçürmə kurslarında iştirak edəcək
# 29 aprel 2010 07:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalının həkimləri Türkiyədə kurslarda iştirak edəcək.

«APA-Economics»in «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Gömrük Hospitalının baş həkimi Qulam Rüstəmovun Türkiyənin İnönü Universitetinin rektoru Cəmil Çeliklə görüşündə belə bir razılaşma əldə olunub.

Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən Mərkəzi Gömrük Hospitalının həkimləri Türkiyədəki Turqut Özal Tibb Mərkəzində qaraciyər köçürülməsi kurslarında iştirak edəcək. Həmçinin İnönü Universiteti hospitala qaraciyərin köçürülməsi əməliyyatlarında dəstək verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR