Bank Of Baku

Ədliyyə Nazirliyinin idarə rəisi: “Ötən il Azərbaycanda 15 min uşaq qeyri-rəsmi nikahlardan dünyaya gəlib”

Ədliyyə Nazirliyinin idarə rəisi: “Ötən il Azərbaycanda 15 min uşaq qeyri-rəsmi nikahlardan dünyaya gəlib”
# 29 aprel 2010 09:28 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov Milli Məclisin (MM) Sosial Siyasət Komitəsinin təşkil etdiyi ictimai müzakirələrdə çıxışında bildirib. İ. Məmmədov deyib ki, ötən il ölkədə 15 min uşaq qeyri- rəsmi nikahlardan dünyaya gəlib.

Nikaha daxil olan şəxslərdən sağlamlıq haqqında məcburi tibbi arayışlar tələb olunması barədə Ailə Məcəlləsinə məsələ daxil edilməsi haqda təkliflərə münasibət bildirən idarə rəisi bunları deyib: “Məlum olur ki, Avropa Şurasının üzvü olan əksər ölkələr bu təklifin qanunvericilikdə öz əksinin tapmasından imtina ediblər. Bu, insan haqlarına müdaxilə kimi əsaslandırılıb”.

İ. Məmmədov qeyd edib ki, məcburi qaydada sağmalıq haqqında arayışların tələb olunması qeyri-rəsmi nikahların sayının artmasına da şərait yaradar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR