Bank Of Baku

Masallının 13 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq

Masallının 13 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq
# 29 aprel 2010 11:59 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. 2010-cu ilin birinci yarısında Masallı rayonunda daha 13 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunacaq. Bu barədə APA-nın cənub bürosuna Masallı rayon İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Masallı şəhərinə Ərkivan qəsəbəsindəki Qazpaylayıcı Stansiyadan başlayaraq 4 km uzunluğunda yeni magistral qaz kəmərinin və ümumi uzunluğu 51 km olan səhərdaxili xətlərin cəkilişinə başlanılıb. Rayon mərkəzinin Talışxanov, R.Axundov, S.Vurğun, H.Səmədov küçələrində son tamamlanma işləri başa çatmaq üzrədir. Yaxın günlərdə bu küçələrdəki mənzillərdə qaz tənzimləyici qurğular və sayğaclar quraşdırılacaq. 51 kilometrlik qaz xəttinin 6 kilometri çəkilib və sentyabr ayı üçün bu layihənin tamamilə başa çatdırılacağı nəzərdə tutulub. Bununla da Masallı şəhərində abonentlərin sayı daha 2000 nəfər artacaq.
Regionların sosial-qtisadi inkişafına dair Dövlət Proqramı cərçivəsində bu ilin iyun ayına kimi rayonun Muğan zonasında yerləşən daha 13 kəndə mavi yanacaq veriləcək. Bu məqsədlə yaxın günlərdə Təzə Alvadı kəndi ərazisində yerləşən Qazpaylayıcı Stansiyadan uzunluğu 50 km olan 315 mm-lik daşıyıcı kəmərin tikintisinə başlanacaq. Sözü gedən hər iki layihənin həyata keçirilməsi ilə rayonda ümumilikdə 15 minə yaxın abonent qazla təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR