Bank Of Baku

Bakıda «Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər» mövzusunda dəyirmi masa keçiriləcək

Bakıda «Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər» mövzusunda dəyirmi masa keçiriləcək
# 29 aprel 2010 12:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprel ayının 30-da Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun təşkilatçılığı ilə Bakıda «Ekologiya və Alternativ Enerji Mənbələri: reallıqlar və problemlər» mövzusunda dəyirmi masa keçiriləcək.

Fondan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi və onun Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Dövlət Neft Şirkəti, «Azərenerji» ASC, BMT, «BP-Azerbaijan» şirkəti, ATƏT və digər təşkilat və şirkətlərin nümayəndələri iştirak edəcək.

Keçiriləcək dəyirmi masanın məqsədi hazırda dünyada və Azərbaycanda gündəmdə olan «Alternativ və Bərpa olunan Enerji Mənbələri» və Bakıda keçirilmiş alternativ enerji mənbələri üzrə beynəlxalq konfrans mövzusu ətrafında müzakirə təşkil etməkdir.

Qeyd edək ki, hazırda dünyanın 70-ə yaxın dövlətində günəş elektrik stansiyaları fəaliyyət göstərir. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1 m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1 500-2 000 kVt/s, Rusiyada 800-1 600 kVt/s, Fransada 1 200-1 400 kVt/s, Çində 1 800-2 000 kVt/s, Azərbaycanda isə 1 500-2 000 kVt/s təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR