Bank Of Baku

BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib

BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib
# 29 aprel 2010 13:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakı Dövlət Universitetinin (BDU) və Qafqaz Universitetinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Hüquq elminin müasir problemləri” mövzusunda 2-ci beynəlxalq elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, dövlət müstəqilliyinin əldə edəndən sonra Azərbaycan demokratik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atıb. Azərbaycanın qloballaşan dünyaya inteqrasiya etdiyini vurğulayan rektor hüquq elmi ilə bağlı mövcud qanunvericiliyin də təkmilləşdirilməsinin və yenilənməsinin zəruri olduğunu deyib. Rektor bildirib ki, konfransa Azərbaycanla qonşu dövlətlərdən 200-dən çox qonaq qatılıb: “Konfransda əsas müzakirə mövzularından biri də hüquq ixtisası ilə bağlı diplomların qarşılıqlı tanınmasıdır. Bəzən Türkiyədən bizə hüquq təhsili almağa tələbələr göndərirlər. Lakin geri qayıtdıqdan sonra onların diplomları tanınmır. Biz bu məsələnin də yaxın vaxtlarda həllini tapacağına inanırıq”. Rektor deyib ki, konfransın əsas məqsədi hüquq sistemində meydana gələn müasir hüquqi problemlərin həlli yollarını müəyyən etmək və inkişaf etmiş demokratik ölkələrin təcrübəsini Azərbaycana gətirməkdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, hazırda bütün dünyada beynəlxalq hüququn norma və prinsiplərinin nə dərəcədə işləməsi ilə bağlı problemlər var: Təəssüf ki, bəzən siyasi məsələlər hüququ üstələyir və problemlərin həllində hüquq aciz qalır”.

Z. Əsgərovun sözlərinə görə, Azərbaycan mükəmməl Konstitusiyaya malikdir. Buna baxmayaraq, cəmiyyət inkişaf etdikcə, Konstitusiyada iki dəfə dəyişiklik etmək zərurəti yaranıb: “Hazırda əsas məsələlərdən biri konstitusion qanunvericiliyi təkmilləşdirməkdir. İnanıram ki, konfransda qəbul edilən tövsiyələr parlamentdə qəbul edilən qanunların mükəmməlliyinə də təsir göstərəcək”.

Daha sonra konfransda Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, Ombudsman Elmira Süleymanova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Qazi Universitetini rektoru Rza Ayhan və digərləri çıxış ediblər.

Konfrans işini bölmələrlə davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR