Bank Of Baku

Lənkəran, Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən şirniyyat və çörək sexlərində reyd keçirilib - FOTO

Lənkəran, Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən şirniyyat və çörək sexlərində reyd keçirilib -<font color=red> FOTO</font>
# 29 aprel 2010 14:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 4 saylı dövlət nəzarəti idarəsinin əməkdaşları bu gün cənub bölgəsinin Lənkəran, Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən şirniyyat və çörək sexlərində reyd keçiriblər.

APA-nın cənub bürosunun məlumatına görə, reyd zamanı Masallı şəhərinin Heydər Əliyev prospektində yerləşən fiziki şəxs Xoşqədəm Mahmudovaya və Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində Hikmət Hüseynova məxsus çörəkbişirmə sexlərində çoxlu nöqsanlar üzə çıxarılıb. Cəlilabad rayonundakı çörəkbişirmə sexlərində də antisanitar vəziyyət, məhsulların kustar üsulla hazırlanması, qablaşdırılması və markalanması faktları aşkarlanıb.

İdarə əməkdaşları tələblərə cavab verməyən sexlərdə məhsul istehsalının dayandırılması ilə bağlı müvafiq qərar çıxarmaqla bu müəssisələrin sahibləri barəsində inzibati cəza tədbirləri tətbiq ediblər.

Bu cür reydlərin bölgənin bütün istehsalat və xidmət müəssisələrində, satış mərkəzlərində keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR